Qətər HƏMASa qapılarını bağladı?..

09.11.2024

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin Qəzzaya hücumları davam edərkən, ABŞ-ın Qətərdən HƏMAS-ın ölkəsində olmamasını istədiyi iddia edildi. ABŞ-ın bu tələbi HƏMAS-ın Qəzzada qısamüddətli atəşkəs təklifini və amerikalı girovun ölüm xəbərini rədd etməsindən sonra gəlib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hələlik iddia ilə bağlı rəsmi açıqlama olmasa da, İsrail mətbuatı da oxşar xəbərlər paylaşıb. Xəbərə görə, Qətər Dohadakı Həmas rəsmilərindən ölkəni tərk etmələrini istəyib.

Bu iddialar nəticəsində, “hücumların əvvəlindən bəri vasitəçilik etməyə çalışan Qətər HƏMAS-a qapılarını bağlayırmı?”, sualı gündəmə gəlib.

ABŞ-ın yüksək rütbəli rəsmisi Qətərə xəbərdarlıq edildiyini bildirib: “Həmas amerikalıları öldürən və amerikalıları girov saxlamağa davam edən terror qruplaşmasıdır. Girovların azad edilməsi ilə bağlı təkrar təklifləri rədd etdikdən sonra onların liderləri artıq heç bir Amerika tərəfdaşının paytaxtında xoş qarşılanmamalıdır”, - deyə xəbərdarlıqda qeyd edilir.

Oktyabrın 7-dən məlumdur ki, ABŞ rəsmiləri Qətərdən HƏMAS-la danışıqlarda deportasiya təhlükəsindən rıçaq kimi istifadə etməyi xahiş ediblər. Belə bir ssenaridə Dohadakı HƏMAS rəsmilərinin harada yerləşəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью