Qətər “İran məsələsi”nə QARIŞIR

01.02.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qətərin Baş naziri, eyni zamanda xarici işlər naziri vəzifəsini icra edən Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani regiondakı gərginliyi azaltmaq  üçün İranda danışıqlar aparıb.

“Cebheinfo.az”-ın “Mehr”-ə istinadən məlumatına görə, Qətər xarici işlər naziri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə danışıqlar aparıb.

Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, Laricani ilə görüş zamanı nazir Qətərin "regiondakı gərginliyi azaltmağa yönəlmiş bütün səylərə" dəstəyini bir daha təsdiqləyib.

Xatırladaq ki, daha əvvəl Laricani ABŞ ilə danışıqlara hazırlıqların getdiyini açıqlamışdı.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью