Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Qətər İsrail seçkilərinə müdaxilə etməsi ilə bağlı iddiaları rədd edərək, bu cür ittihamları siyasi manipulyasiya və dezinformasiya adlandırıb.
Moderator.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari İsrailin bəzi siyasətçilərinin əmirliyin seçkilərin nəticələrinə gizli maliyyələşdirmə yolu ilə təsir göstərməyə çalışması barədə iddialarını əsassız hesab edib.
Əl-Ənsarinin sözlərinə görə, bəzi İsrail siyasətçiləri və onları dəstəkləyən media qurumları Qətəri ölkənin daxili siyasi mübahisələrinə cəlb etməyə çalışırlar.
Diplomat bu ittihamların absurd olduğunu vurğulayaraq bildirib ki, Qətər əvvəllər də İsrailin solçu qüvvələrinə və baş nazir Benyamin Netanyahunun əleyhdarlarına dəstək verməkdə, indi isə ərəb seçicilərin səslərinə təsir göstərməyə çalışmaqda ittiham olunur.
Qətər rəsmisi istehza ilə qeyd edib ki, bütün bu iddialar doğru olsaydı, Doha çoxdan İsrail üzərində tam nəzarətə sahib olardı.
Qətər Xarici İşlər Nazirliyi İsrail rəsmilərini daxili siyasi problemlərə görə məsuliyyəti başqalarının üzərinə atmaq əvəzinə, ölkənin problemlərinin həllinə, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına və regiona vurulan ziyanın aradan qaldırılmasına diqqət yetirməyə çağırıb.