Qətər İsveçrə matçında 2 qol vuruldu DÇ 2026

14.06.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

Redaktor.az xəbər verir ki, B qrupunun matçında Qətər və İsveçrə komandaları üz-üzə gəlib. "San Francisko Bay Area" stadionunda baş tutan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Avropa təmsilçisinin qolunu 17-ci dəqiqədə penaltidən Brel Embolo vurub. Qətərin qoluna isə 90+4-cü dəqiqədə Bualem Xusi imza atıb.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi mundiala iyulun 19-da yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью