Qətər klubu 20 gün ölkəmizdə olacaq

15.07.2026

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Məlum olduğu kimi, yeni mövsümə ölkə xaricində hazırlaşa bilməyənlər əsasən Qəbələyə üz tutur. Sadəcə, o səbəbdən ki Qəbələdə normal toplanış keçmək üçün müəyyən infrastruktur, meydançalar və otellər şəbəkəsi var.

“Qəbələ” ilə yanaşı, ölkə klublarından “Şamaxı”, “Sumqayıt”, “Kəpəz” də Qəbələdə toplanış keçəcək. Üstəlik Qətərin “Əl-Karaitiyat” klubu da Qələbəyə gələcək. Qətərin 2-ci liqasında çıxış edən komandaya Raşid Tiberkanine rəhbərlik edir. “Əl-Karaitiyat” iyulun 26-da “Şamaxı”, avqustun 1-də “Kəpəz”, 7-də isə “Sumqayıt” ilə qarşılaşacaq.
Bəs bu komanda kimin xətti ilə gəlir, nə vaxt Qəbələdə olacaq, harda məskunlaşacaq? Bu suallara cavab tapmaq üçün “Qəbələ”nin ümumi işlər üzrə əlaqələndiricisi Səbuhi Qarayevlə əlaqə saxladıq:

“Əl-Karaitiyat” bizimlə əməkdaşlıq edən ərəb klublardan biridi. Bir neçə Səudiyyə Ərəbistanı və Qətər klublarının rəsmi şəxsləri bizlə əməkdaşlıq edir. “Əl-Karaitiyat”da bu kanallardan birinin xətti ilə gələcək. İyulun 20-dən avqustun 9-dək Qəbələdə olacaqlar. Bölgənin təbii meydançalarından birində məşq edəcəklər. “Karvansaray” otelində məskunlaşacaqlar”.


İSRAYIL XEYRULLAYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью