Qətər klubunun futbolçusu İtaliya millisinə geri qayıtmaq istəyir

25.01.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Marko Verratti DÇ-2026-nın seçmə mərhələsinin pley-off oyunları üçün İtaliya millisinə geri qayıtmaq istəyir.

Sportal.az "Tuttomercato"ya istinadən xəbər verir ki, “Əl-Duhail”in yarımmüdafiəçisi İtaliya millisinə geri dönüşünü istisna etməyib.

33 yaşlı futbolçu artıq milli komandaya kömək etmək istəyi barədə Azzurrinin baş məşqçisi Gennaro Qattuzoya məlumat verib.

Martın 26-da italyanlar pley-off mərhələsinin yarımfinalında Şimali İrlandiya ilə üz-üzə gələcək.

O, sonuncu dəfə 2023-cü ilin martında İtaliya millisinə çağırılıb. Veratti Azzurri üçün 55 oyunda iştirak edib.

33 yaşlı futbolçu “Peskara”, PSJ, “Əl-Arabi” klublarında da oynayıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью