Qətər millisinin yeni baş məşqçisi bəlli olub

12.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Luis Qarsia Qətər millisinin baş məşqçisi təyin olunub.

Oxu.Az xəbər verir ki, 43 yaşlı ispaniyalı mütəxəssis bu vəzifədə son bir ildə köməkçisi işlədiyi Tintin Markesi əvəzləyib.

Luis Qarsia futbolçu kimi karyerasının böyük hissəsini "Espanyol"da keçirib və bir müddət bu komandanı çalışdırıb. O, 2007-2008-ci illərdə yeddi oyunda İspaniya millisinin formasını geyinib.

Qeyd edək ki, Qətər millisində məşqçi dəyişikliyinə səbəb komandanın DÇ-2026-nın seçmə mərhələsində uğursuz çıxışıdır: qrupda ilk 6 oyundan yalnız 2-də qalib gələrək mundiala getmək işini çətinə salıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью