Qətər Netanyahunun ölkəyə hücumlarına görə üzr istəməsini şərh edib

30.09.2025

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qətər İsrailin baş naziri Benyamin Netanyahunun İsrail ordusunun bir daha ərəb ölkəsini vurmayacağına dair vədi ilə kifayətlənib. Doha üzrxahlığı qəbul edib.

Xalqcebhesi.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib.

Diplomat, Qətərin mövcud şəraitdə ən vacib məqsədinin öz suverenliyini qorumaq və ölkədə yaşayanların təhlükəsizliyini təmin etmək olduğunu vurğulayıb. Buna görə də, Doha üçün İsrail tərəfinin bu cür vəziyyətin təkrarlanmaması barədə verdiyi təminatlar mühüm əhəmiyyət kəsb edib, deyə əlavə edib əl-Ənsari.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью