Qətər: Qəzzada vəziyyəti hələlik atəşkəs adlandırmaq olmaz

06.12.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İsrail qüvvələri tamamilə geri çəkilmədən atəşkəs mümkün deyil.

Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bunu Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani deyib.

Onun sözlərinə görə, Qəzza zolağındakı vəziyyəti hazırda tam atəşkəs hesab etmək olmaz:

"İndi kritik bir mərhələdəyik. Bu, hələ son deyil. İndiyə qədər əldə etdiklərimizi tam atəşkəs hesab etmək olmaz. İsrail qüvvələrinin tam çıxarılması, sabitliyin bərpası və insanların sərbəst hərəkəti olmadan atəşkəs mümkün deyil, buna hələ nail olunmayıb".

Qətərin baş nazirinin sözlərinə görə, Doha, Qahirə və Vaşinqton ABŞ prezidenti Donald Trampın Qəzza zolağında nizamlanma planının ikinci mərhələsinin həyata keçirilməsi üçün səy göstərir. 

"Planın ikinci mərhələsi bizim nöqteyi-nəzərimizdən də müvəqqəti olacaq. Çünki biz sadəcə olaraq son iki ildə baş verənləri, bu fəlakəti həll etməyə çalışsaq, bu Fələstin-İsrail münaqişəsini həll etmək üçün kifayət etməyəcək", - deyə nazir qeyd edib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью