sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Red Bull" komandasının niderlandlı sürücüsü Maks Ferstappen "Formula 1" üzrə Qətər Qran-prisinin qalibi olub.
"Ferrari"dən moneqasklı Şarl Lekler ikinci, "McLaren"dən avstraliyalı Oskar Piastri isə üçüncü olub.
Qeyd edək ki, mövsümün son mərhələsi dekabrın 6-8-də Əbu-Dabidə baş tutacaq.