Qətər səfirliyi Dəməşqdə fəaliyyətini bərpa edib

21.12.2024

Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.

Qətər səfirliyi bu gün Dəməşqdə, 2011-ci ildə Suriyada vətəndaş münaqişəsinin başlanması ilə bağlı bağlanmasından 13 il sonra fəaliyyətini bərpa edib.Bu barədə Qətərin "Al Araby” telekanalı məlumat verib.

Bildirilib ki, bu gün Suriyanın paytaxtındakı Qətər səfirliyinin binası üzərində əmirliyin bayrağı qaldırılıb.

Qətər Suriya üsyançılarının Prezident Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmasından bəri Türkiyədən sonra səfirliyini açan ikinci ölkədir.
www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью