Qətər Sinqapur Özəl Daşınmaz Əmlak Fonduna təsisçi investor kimi qoşulub

03.02.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Qahirə, 3 fevral, AZƏRTAC

Qətər İnvestisiya Qurumu Sinqapur Mərkəzi Özəl Daşınmaz Əmlak Fonduna təsisçi investor qismində qoşulduğunu elan edib.

AZƏRTAC CNBC telekanalına istinadla xəbər verir ki, daşınmaz əmlak fondunun aktivlərinin dəyəri təxminən 6,3 milyard ABŞ dolları təşkil edir və fond Sinqapurun mərkəzi biznes rayonunda yerləşən, yüksək keyfiyyətli kommersiya daşınmaz əmlak portfelinə geniş çıxış imkanı yaradır. Bu portfelə “Asia Square” göydələni də daxildir.

2025-ci ilin sonuna olan məlumata görə, Qətər İnvestisiya Qurumunun aktivlərinin dəyəri 557 milyard ABŞ dollarına çatıb və qurum bu göstərici ilə dünyada doqquzuncu yeri tutur.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью