Qətər Suriyada meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub

13.07.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qahirə, 13 iyul, AZƏRTAC

Qətər Suriyanın Latakiya vilayətində on gündür tüğyan edən meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub.

AZƏRTAC SANA xəbər agentliyinə istinadla bildirir ki, Qətərin bu məqsədlə göndərdiyi yardımın ilk partiyası artıq Hələb beynəlxalq aeroportuna çatıb.

Suriya Mülki Aviasiya Baş İdarəsinin açıqlamasında bildirilir ki, üç təyyarənin göyərtəsində iki yanğınsöndürmə helikopteri, bir neçə yanğınsöndürən və təcili yardım maşını, logistik dəstək avadanlıqları, eləcə də yanğınsöndürən heyətlər göndərililb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью