Qətər tankerinə Fars körfəzində hücum edildi

01.11.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Qətərin "Nakilat" şirkətinin mayeləşdirilmiş təbii qaz daşıyan "Əl-Mayeda" tankeri Fars körfəzində hücuma məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilib.

Məlumata görə, hadisə nəticəsində göyərtədəki heyət üzvlərindən heç biri xəsarət almayıb, ətraf mühitə ziyan dəyməyib.

Gəmi təhlükəsiz, işlək vəziyyətdədir, hücmun nəticələri qiymətləndirilir.

Qeyd olunur ki, "Nakilat" vəziyyəti yaxından izləməyə davam edir, təhlükəsizliyi təmin etmək üçün gəmi, ekipajı və bölgədəki müvafiq dəniz təhlükəsizliyi orqanları ilə birbaşa əlaqə saxlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью