Qətər təmsilçisi: İslamofobiyanın təsirlərindən qadınlar da əziyyət çəkir

26.05.2025

Icma.az, 525.az portalına istinadən məlumat verir.

İslamofobiyanın təsirlərindən qadınlar da əziyyət çəkir

525.az xəbər verir ki, bunu Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının sədr müavini Aişə Yousef Al-Mannai Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransı zamanı panel müzakirəsində deyib.

O bildirib ki, islamofobiya insanları təkcə dini baxımdan deyil, qəlbən də məhv edir:

"Hazırda Qəzzada qadınlar kişilər, qadınlar və uşaqlar qətl edilir. Onlar aclıq, susuzluq və xəstəliklərdən də əziyyət də çəkirlər. Qadın kimliklərinin məhvi və haqlarının tapdalanması daim bəşəriyyəti narahat edib. Din və mədəni xurafatların kəsişməsi hər zaman mübahisələrə səbəb olub".

Onun sözlərinə görə, islamın yanlış təbliğində ən çox zərər görənlərdən biri müsəlman qadınlardır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью