Qətər Tramp administrasiyasına uçan saray hədiyyə edəcək

12.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Qətər kral ailəsindən "Boeing 747-8" təyyarəsini hədiyyə kimi qəbul etməyə hazırlaşır.

Oxu.Az ABC telekanalına istinadən xəbər verir ki, bu, "ABŞ-yə xarici hökumət tərəfindən indiyə qədər edilmiş ən dəyərli hədiyyə" olaraq qiymətləndirilir.

Telekanalın məlumatına görə, Qətər təyyarəni gələn həftə təhvil verə bilər.

Qeyd edilib ki, Tramp artıq fevral ayında Uest-Palm-Biç aeroportuna enən təyyarəni yoxlayıb.

Bildirilir ki, təyyarə "uçan saray" xüsusiyyətlərinə malikdir və yeni prezident təyyarəsi kimi xidmət edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью