Qətər Trampdan Netanyahunun ABŞ ın Qəzza planını qəbul etdiyinə dair zəmanət alıb

30.09.2025

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Qətər hakimiyyətini İsrailin baş nazirinin Qəzza zolağında münaqişənin həlli ilə bağlı planını qəbul etdiyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

"ABŞ prezidenti bizə məlumat verdi ki, İsrailin baş naziri Qəzzada müharibəyə son qoymaq planını qəbul edib. Biz də ABŞ prezidentinin planını alqışlayırıq, çünki bizim əsas məqsədimiz müharibəni bitirməkdir", - diplomat Dohada keçirdiyi mətbuat konfransında deyib.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью