Icma.az, Bizimyol portalına istinadən məlumat verir. Qətər Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ABŞ Prezidenti Donald Trampın Qəzza p
Bizimyol.info xəbər verir ki, o, bu sözləri regional təhlükəsizlik və sülh məsələlərinin müzakirə olunduğu Davosda keçirilən Dünya İqtisadi
"Qəzza Sülh Şurası yol göstərir", - deyə Əl-Tani vurğulayıb.
O qeyd edib ki, razılaşmanın birinci mərhələsinin başlanması onun başa çatması demək deyil: "Hələ görüləsi çox işimiz var", - deyə əlavə edib.
Qətər Baş naziri həmçinin ölkəsinin Sülh Şurasının işində iştirak etməkdən və regionda sabitliyin və sülhün təmin edilməsinə töhfə verməkdən məmnun olduğunu bildirib.
O, hazırkı prioritetin "İsrail qoşunlarının Qəzza zolağından tez bir zamanda çıxarılması" olduğunu bildirib.
Əl-Tani Qətərin iştirakının diplomatik dialoqun davam etdirilməsinə və uzunmüddətli həllin irəliləməsinə yönəldiyini vurğulayıb və Tramp planının sülhə aparan ən real yolu təmsil etdiyinə əminliyini ifadə edib.
Qadir, Biimyol.info Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.