Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Qətər Əmiri Şeyx Təmim bin Həməd əs-Sani və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.
Məlumata görə, tərəflər telefon danışığı zamanı Vaşinqtonla Tehran arasındakı münaqişənin gərginliyini azaltmağa yönəlmiş səyləri müzakirə ediblər.
“Tərəflər böhrana son qoyacaq hərtərəfli razılaşmanın əldə edilməsi məqsədilə danışıqların aparılmasına yönəlmiş beynəlxalq diplomatik səyləri, o cümlədən Dohanın vasitəçiliyini nəzərdən keçiriblər”, - məlumatda qeyd olunub.
Qətər əmiri Yaxın Şərqdə münaqişənin gərginləşməsinin qarşısını almaq, həmçinin Hörmüz boğazında sərbəst gəmiçilik və enerji təchizatının təhlükəsizliyini təmin etmək məqsədilə dialoqun davam etdirilməsinin zəruriliyini vurğulayıb.