Qətər və İran Hörmüz boğazını müzakirə etdi KONKRET

27.08.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qətər və İran Hörmüz boğazında müvəqqəti gəmiçilik yolunun yaradılmasını müzakirə edib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani Tehrana səfəri zamanı iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.

Görüş zamanı gəmilərin Hörmüz boğazından keçməsi üçün müvəqqəti koridorun yaradılması müzakirə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью