Qətər Xarici İşlər Nazirliyi: Qəzzada atəşkəs yanvarın 19 da səhər saatlarında başlayacaq Doğru Xəbərlər

18.01.2025

Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qəzza zolağında atəşkəs yanvarın 19-da yerli vaxtla saat 08:30-da başlayacaq. Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari məlumat verib.

“Razılaşma tərəfləri ilə vasitəçilər arasında razılığa əsasən, Qəzza zolağında atəşkəs razılaşması bazar günü, yanvarın 19-u saat 08:30-da başlayacaq”, – deyə RİA Novosti onun sözlərini sitat gətirib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Qəzza zolağında atəşkəs razılaşmasının icrasına yanvarın 19-da başlanacağını təsdiqləyib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью