Icma.az, Azvision saytına istinadən bildirir.
Bu sözləri Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari jurnalistlərə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, proses ləng irəliləsə də, atəşkəs sazişi üzrə müzakirələr səngiməyib.
"Hər iki tərəfin nümayəndə heyəti Dohadadır. Vasitəçilər onları razılaşdırmaq naminə cidd-cəhdlə səy göstərirlər. Hərçənd danışıqların birinci mərhələsinin məqsədləri yerinə yetirilməyib. Növbəti mərhələyə keçməkdən ötrü prinsipial razılıq zəruridir", - Əl-Ənsari bildirib.
Onun sözlərinə görə, hazırda vəziyyət tamamilə məchuldur.
"Sabah razılıq baş tuta da bilər, danışıqlar birdəfəlik iflasa uğraya da bilər. Hər halda, danışıqlar dalana dirənməyib, sadəcə müəyyən vaxt lazımdır", - sözçü deyib.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. "Hər iki tərəfin nümayəndə heyəti Dohadadır. Vasitəçilər onları razılaşdırmaq naminə cidd-cəhdlə səy göstərirlər. Hərçənd danışıqların birinci mərhələsinin məqsədləri yerinə yetirilməyib. Növbəti mərhələyə keçməkdən ötrü prinsipial razılıq zəruridir", - Əl-Ənsari bildirib.