Qətər XİN: Enerji infrastrukturunun hədəf alınması enerji təhlükəsizliyinə təhdiddir

18.03.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Qahirə, 18 mart, AZƏRTAC

Enerji infrastrukturunun hədəf alınması qlobal enerji təhlükəsizliyinə, region xalqlarına və ətraf mühitə təhdiddir.

AZƏRTAC “əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bunu Qətər XİN sözçüsü Macid əl-Ənsari deyib.

Sözçü bildirib ki, Qətərdəki Şimal qaz yatağının (geoloji) davamı sayılan İranın “Pars” qaz yatağının və oradakı qurğuların İsrail tərəfindən hədəf alınması təhlükəli addımdır.

“Strateji əhəmiyyətli obyektlərin hədəf alınmamasının zəruriliyini vurğulayırıq, soyuqqanlı davranışa və gərginliyin azaldılması üçün fəaliyyətə çağırırıq”, - deyə XİN sözçüsü bildirib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью