Qətər XİN: Qəzzada atəşkəslə bağlı danışıqlar davam edir, amma heç bir nəticə yoxdur

02.09.2025

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

İsrail Qəzzada atəşksələ bağlı təklifə hələ də cavab verməyib.

Bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari deyib.

O bildirib ki, danışıqlar davam edir, amma hər hansı bir nəticə yoxdur.

Qətər XİN sözçüsü İsrailin eskalasiyaya doğru hərəkət etdiyini və Qəzzada təhlükəli addımlar atdığını bəyan edib.

“Qəzzanın işğalı hər kəsi, o cümlədən girovları da təhdid edən bir addımdır”, - Ənsari vurğulayıb.

Qeyd edək ki, HAMAS və İsrail arasında Qəzzada atəşkəsə nail olmaq üçün Qətər və Misirin vasitəçiliyi ilə danışıqlar gedir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью