Qətər XİN: Tərəflər arasında birbaşa təmaslar gözlənilmir

30.06.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dohada Amerika və İran nümayəndə heyətləri arasında birbaşa danışıqlar planlaşdırılmır. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari deyib.

Diplomat brifinqdə bildirib ki, dolayı danışıqların əsas mövzuları Hörmüz boğazındakı vəziyyət və İranın nüvə proqramı olacaq.

 "Hörmüz boğazındakı vəziyyət, əlbəttə ki, davam edən danışıqların əsas mövzularından biridir. Lakin bu, yeganə mübahisəli məsələ deyil. Nüvə proqramı və ümumilikdə regional vəziyyət də daxil olmaqla, digər məsələlər də var", - deyə Əl-Ənsari vurğulayıb.

Onun sözlərinə görə, Dohanın mövqeyi dəyişməz olaraq qalır və Hörmüz boğazında maneəsiz naviqasiyanın təmin edilməsinə yönəlib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью