Icma.az, Azertag portalına istinadən məlumat verir.
Qahirə, 3 fevral, AZƏRTAC
“Qatar Energy” ilə Yaponiyanın JERA şirkəti arasında Yaponiyaya ildə 3 milyon tona qədər mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü nəzərdə tutan alış-satış müqaviləsi imzalanıb. Müqavilənin müddəti 27 ildir.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Doha şəhərində keçirilən 21-ci Beynəlxalq Mayeləşdirilmiş Təbii Qaz Konfransı çərçivəsində imzalanan sənədə əsasən, LNG tədarükünə 2028-ci ildən başlanacaq.
Müqaviləni Qətərin energetika naziri, “Qatar Energy” şirkətinin icraçı direktoru Səad bin Şəridə əl-Kəabi və JERA şirkətinin İdarə Heyətinin sədri və qlobal baş icraçı direktoru Yukio Kani imzalayıblar.
Qeyd edək ki, şirkətlər arasında əməkdaşlığın əsası ötən əsrin 90-cı illərinin əvvəllərindən qoyulub.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə