Qətərdə ABŞ gəmisi vuruldu

11.05.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

İrana məxsus pilotsuz uçuş aparatları Qətər sahilləri yaxınlığında ABŞ şirkətinə aid kommersiya gəmisinə hücum edib.

Modern.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin "Safesea Group" şirkətinə məxsus "Neha" adlı gəmi Doha yaxınlığında lövbərdə olduğu zaman hücuma məruz qalıb.

Bildirilib ki, dronlardan biri gəmiyə dəyib, digəri isə hədəfi vura bilməyib. Hadisə zamanı gəmidə 23 dənizçi olub, xəsarət alan olmayıb.

Telekanal qeyd edib ki, hücum zamanı gəmi yük daşımayıb və Qətər sahilləri yaxınlığında dayanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью