Qətərdə bloklanmış 6 milyard dollar İrana qaytarılacaq KONKRET

21.06.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qətərdə bloklanmış 6 milyard dollar İrana qaytarılacaq”.

KONKRET.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən 33-cü Pul və Bankçılıq Siyasəti Simpoziumunda çıxışı zamanı bildirib.

Pezeşkian qeyd edilib ki, Vaşinqtonla əldə olunan razılaşmanın şərtləri İranın maraqlarına uyğundur.

“Bu gün danışıqlar prosesinin başlaması ilə Qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq”, – deyə İran Prezidenti vurğulayıb.

O qeyd edib ki, ABŞ-nin əsas tələbi İranın nüvə silahına sahib olmamasıdır.

Pezeşkian bildirib ki, bu məsələ ölkə rəhbərliyi tərəfindən dəfələrlə açıqlanıb və İran nüvə bombası əldə etməyi hədəfləmir.

Qeyd edək ki, ABŞ-nin tətbiq etdiyi sanksiyalar səbəbindən İranın neft satışından əldə etdiyi vəsaitlərin bir hissəsi xarici banklarda, o cümlədən, Qətərdə bloklanıb. Tehran administrasiyası danışıqlarda sanksiyaların yumşaldılması və həmin vəsaitlərin azad edilməsini əsas tələblərdən biri kimi irəli sürür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью