Qətərdə dəhşətli partlayış: 13 ölü, 66 yaralı

22.06.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Qətərin Ras Laffan sənaye zonasında yerləşən qaz emalı zavodunda dəhşətli partlayış baş verib.

Modern.az xəbər verir ki, bu barədə "QatarEnergy" şirkətinin rəhbəri rəsmi açıqlama verib.

Hadisə nəticəsində 13 nəfər həyatını itirib, 66 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şirkət rəhbərliyinin bildirdiyinə görə, partlayış hər hansı bir diversiya və ya xarici müdaxilə nəticəsində deyil, bədbəxt hadisə səbəbindən qeydə alınıb. Eyni zamanda bəyan olunub ki, baş verən insident Qətərin təbii qaz ixracına heç bir mənfi təsir göstərməyəcək və tədarük planlaşdırıldığı şəkildə davam etdiriləcək.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью