Qətərdə dörd günlük matəm elan olundu

12.07.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qətərdə keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar iyulun 12-dən etibarən dörd günlük ümummilli matəm elan olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətər əmirinin dəftərxanası məlumat yayıb.

Məlumata görə, matəm günlərində dövlət bayraqları yarıyadək endiriləcək, iyulun 13-dən isə nazirliklər və digər dövlət qurumlarının fəaliyyəti müvəqqəti dayandırılacaq. Dövlət qulluqçuları iyulun 19-da işə qayıdacaqlar.

Qeyd edək ki, Şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib. O, 1995-2013-cü illərdə Qətərə rəhbərlik edib və 2013-cü ildə hakimiyyəti oğlu, indiki əmir Şeyx Təmim bin Həməd Al Taniyə təhvil verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью