Qətərdə əfsanələrin “ElKlassiko”su keçirildi Video

29.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Real” və “Barselona”nın keçmiş futbolçuları arasında oyun keçirilib.

QOL.az xəbər verir ki, Qətərdə təşkil olunan “El-Klassiko” 2:2 hesabı ilə başa çatıb.

Hər biri 40 dəqiqə olan iki hissəlik matça Kataloniyalıların heyətində Xuan Pablo Sorin və Ronaldinyo, madridlilərdən isə Luiş Fiqu və Edvin Konqo qol vurub. Patrik Klyuvert matçın sonlarında penaltini dəqiq yerinə yetirə bilməyib.

Penaltilər seriyasında rəqibindən üstün olan "Barselona" 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, komandalar arasında digər matç dekabrın 15-də Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью