Qətərdə elektrikli skuterlər polis qeydiyyatına alınacaq

19.11.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Qətərdə elektrik skuterlərinin polis qeydiyyatına alınması məcburi edilib.

APA xəbər verir ki, yeni yol hərəkəti qanununa əsasən, elektrik skuterləri və velosipedləri xüsusi reyestrdə qeydiyyatdan keçirilməli, müəyyən edilmiş rüsum ödənilməli və nəqliyyat vasitələrinə dövlət nömrə nişanları quraşdırılmalıdır.

Qanun həmçinin motosiklet və velosiped sürücülərinə sükanı hər iki əllə tutmağı, hərəkətdə olan digər nəqliyyat vasitələrindən yapışmamağı və bir təkər üzərində hərəkət etməməyi tələb edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью