Qətərdə İran raketlərinin zərərsizləşdirilməsi nəticəsində yaralananlar var

12.07.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Qətərdə İran raketlərinin zərərsizləşdirilməsi zamanı düşən qəlpələr üç nəfərin, o cümlədən bir uşağın xəsarət almasına səbəb olub.

Moderator.az TASS-a istinadən xəbər verir, bu barədə əmirliyin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, yaralılara zəruri tibbi yardım göstərilib. Təhlükəsizlik qüvvələri və mülki müdafiə dəstələri İranın hava hücumlarına qarşı təsdiqlənmiş cavab tədbirləri çərçivəsində fəaliyyətlərini davam etdirirlər.

İyulun 12-də Dohada hava hücumundan müdafiə sistemlərinin işə düşməsi nəticəsində bir neçə silsilə partlayış səsi eşidilib. Eyni zamanda, Bəhreyn, Küveyt, BƏƏ və Oman da İran tərəfindən həyata keçirilən hava hücumlarının dəf edilməsi ilə bağlı məlumatlar yayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью