Qətərdə İranın hücumundan sonra üç nəfər yaralandı

12.07.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İranın Qətərdəki "Əl-Udeyd" aviabazasına endirdiyi raket zərbələrinin qarşısının alınması zamanı qəlpələrin düşməsi nəticəsində biri uşaq olmaqla üç nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlara zəruri tibbi yardım göstərilir.

Nazirlik qeyd edib ki, İranın hücumlarından sonra təhlükəsizlik orqanları və Mülki Müdafiə qüvvələri təsdiq olunmuş fövqəladə hallar planına uyğun olaraq operativ tədbirlərə başlayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью