Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qətərdə sənaye zonasında raket qalıqları səbəbindən yanğın baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Bildirilib ki, Qətərin Daxili İşlər Nazirliyi mülki müdafiə qüvvələrinin sənaye zonasında məhv edilmiş raketin qalıqları nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində çalışdığını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, hadisə nəticəsində tələfat qeydə alınmayıb.
Qeyd olunub ki, bundan əvvəl paytaxt Dohada eşidilən güclü partlayış səsləri səbəbindən əhaliyə evdə və təhlükəsiz yerlərdə qalmaq çağırışı edilib.
Daha sonra Qətər Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə qüvvələrinin raketi ələ keçirdiyini təsdiqləyib.
Aminə ŞAHSUVARQIZI