Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
O, Vaşinqton və Tehranın danışıqların gedişi ilə bağlı ziddiyyətli açıqlamalarına münasibət bildirərkən keçirdiyi mətbuat konfransında: “Münaqişənin bütün tərəfləri ilə diplomatik həllə nail olmaq məqsədilə səylərin davam etdiyini təsdiqləyə bilərik. Hazırda bu proses kifayət qədər irəliləmiş mərhələdədir və biz bütün iştirakçılarla bu istiqamətdə işləyirik”, - deyə bildirib.
Diplomat vurğulayıb ki, tərəflər arasında təmaslar bir an belə dayanmır. “Təsdiq edə bilərəm ki, proses hazırda da fasiləsiz şəkildə davam edir”, – deyə əl-Ənsari əlavə edib.
Qətər XİN rəsmisinin sözlərinə görə, ABŞ və İran arasında nizamlanma üzrə aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunub. O bildirib ki, tərəflər vasitəçilər vasitəsilə mümkün sazişin layihələrini qarşılıqlı şəkildə mübadilə edirlər.
Əl-Ənsari həmçinin qeyd edib ki, hazırkı mərhələdə ABŞ və İran arasında birbaşa danışıqların keçirilməsi planlaşdırılmır.
Onun sözlərinə görə, vasitəçilərin əsas diqqəti Hörmüz boğazının yenidən açılmasına və bölgədə gərginliyin daha da artmasının qarşısının alınmasına yönəlib.
Bizimyol.info