GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani İsrail və ABŞ-ı İrana qarşı müharibəni dərhal dayandırmağa çağırıb.
Globalinfo.az-ın xəbərinə görə, o, Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib ki, hamı bu müharibənin əsas benefisiarının kim olduğunu bilir.
Lakin nazir konkret ölkənin adını açıqlamayıb.
Baş nazir vurğulayıb ki, regionda etimad mühiti ciddi şəkildə zədələnib və bunun bərpası vacibdir:
“Bu aqressiya nəticəsində dağıdılmış etimad yenidən qurulmalıdır. Biz unutmamalıyıq ki, sonda hamımız eyni coğrafiyada yaşayırıq”.
O əlavə edib ki, Qətər İran xalqı ilə ortaq tarixə malikdir:
“Biz istəmirik ki, iranlılarla qətərlilər arasında bu cür ağır hisslər formalaşsın. Xalqlarımızın sülh şəraitində yaşamasını arzulayırıq”.
Qətər rəsmisinin bu açıqlaması Yaxın Şərqdə artan gərginlik fonunda regional sabitlik və dialoqun vacibliyini bir daha gündəmə gətirib.
Əliyar Xəlil