Qətərdən ABŞ yə cavab: “Hörmüz əhəmiyyətini itirməyəcək”

21.09.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


ABŞ-nin maliyyə naziri Skott Bessentin Hörmüz boğazının iki il ərzində əhəmiyyətini itirəcəyi ilə bağlı açıqlaması Qətər tərəfindən təkzib edilib.

“Bakupost” xəbər verir ki, Qətərin energetika naziri və “QatarEnergy” şirkətinin baş direktoru Səd Əl-Kaabi Bessentin fikrini “tamamilə yanlış” hesab etdiyini bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazı yalnız neft və qaz daşımaları üçün deyil, ümumilikdə beynəlxalq ticarət üçün mühüm marşrutdur.

Qətərin ticarət və sənaye naziri Şeyx Faysal Əl-Tani də bu fikri dəstəkləyərək boğazın əhəmiyyətini heç vaxt itirməyəcəyini bildirib.

Vüsalə Hüseynova,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью