Qətərdən Azərbaycana pul köçürmələri təxminən 60 % artıb

20.03.2025

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən il fiziki şəxslərin Qətərdən Azərbaycana pul köçürmələrinin həcmi 12,51 milyon ABŞ dolları təşkil edib.

“Report”un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, il ərzində bu rəqəm 59,65 % və ya 4,674 milyon ABŞ dolları artıb.

Azərbaycana edilən ümumi pul köçürmələrində Qətərin payı 1,2 % təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə fiziki şəxslər tərəfindən xarici ölkələrdən Azərbaycana pul köçürmələrinin ümumi həcmi 1,082 milyard ABŞ dolları (-34,56 %) təşkil edib.

2023-cü ildə Qətərdən Azərbaycana fiziki şəxslərdən pul köçürmələrinin həcmi 7,836 milyon ABŞ dolları, xarici ölkələrdən edilən köçürmələrin ümumi həcmi isə 1,654 milyard ABŞ dolları təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью