Qətərdən dünya çempionatında görünməmiş jest

27.06.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Dünya çempionatında iştirak edən Qətər dövləti milli komandaya dəstək olmaq məqsədilə maraqlı bir addım atıb.

Fanat.Az xəbər verir ki, Qətər hökuməti turnir boyu milli komandanı tribunalardan dəstəkləməsi üçün tam 2000 azarkeşin bütün səfər və qalma xərclərini maliyyələşdirib.

Böyük Britaniyanın "Telegraph" nəşrinin xəbərinə görə, seçilən azarkeşlərə uçuş biletləri, otel yerləşməsi, matç biletləri ilə yanaşı, içərisində forma, gün eynəyi, şərf və Qətər bayrağı olan xüsusi dəst təqdim edilib.

Maraqlısı odur ki, bu proqram çərçivəsində rəsmi dəvət alan şəxslərdən bəziləri həyatlarında ilk dəfə stadionda futbol matçı izləmək şansı qazanıblar.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью