Qətərdən İran müharibəsi ilə bağlı açıqlama

21.08.2026

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani İranla bağlı müharibəyə son qoyacaq davamlı və yekun razılaşmanın əldə olunması üçün Misirlə koordinasiyanın davam etdiriləcəyini bildirib.

Al Tani bu barədə misirli həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında danışıb. Məlumatı “Al Jazeera” yayıb.

Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər ABŞ-İran müharibəsinin başlamasından sonra Yaxın Şərqdə vəziyyətin ağırlaşdığını və bunun region üçün ciddi nəticələr doğurduğunu qeyd ediblər.

Doha dəniz yollarının təhlükəsizliyinə çağırıb

Qətər rəsmisi xüsusilə Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçiliyin azad və təhlükəsiz şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, beynəlxalq gəmiçilik hər hansı tərəfin “girovuna” çevrilməməli və siyasi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır.

Al Tani gəmiçiliyin azadlığına mane olan bütün tərəfləri də pisləyib.

Qətərin bu mövqeyi Doha və Qahirənin İranla bağlı gərginliyin diplomatik yollarla azaldılması istiqamətində koordinasiyanı gücləndirmək niyyətindən xəbər verir. Eyni zamanda Hörmüz boğazının təhlükəsizliyi məsələsi xüsusilə əhəmiyyətlidir. Çünki bu marşrut Yaxın Şərqdən dünya bazarlarına enerji daşımalarının əsas dəniz yollarından biridir.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью