Qətərdən Netanyahuya sərt sözlər: “Qırmızı xətti keçib”

30.09.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Qətərdən İsrail Baş naziri Binyamin Netanyahu ilə bağlı sərt açıqlama gəlib. Qətər Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Sani onu açıq şəkildə “müharibə cinayətkarı” adlandırıb.

“Yeni Sabah” xəbər verir ki, Qətər Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani britaniyalı jurnalist Pirs Morqanın “Piers Morgan Uncensored” proqramına müsahibəsində bölgədəki vəziyyətlə bağlı danışıb. Al Sani Qəzza zolağında baş verənlərin müharibə cinayəti olduğunu və buna görə Netanyahuya məsuliyyət düşdüyünü bildirib. O qeyd edib ki, İsrail Baş naziri Qətərə hücum etməklə diqqəti öz hökumətinin əməllərindən yayındırmağa və yanlış təsəvvür yaratmağa çalışır. “Netanyahu müharibə cinayətkarıdır. O, öz əməllərini başqalarının üzərinə atmağa çalışır”, - deyə Al Sani bildirib.

Qətər Baş naziri İsrailin ötən il Dohaya həyata keçirdiyi hücumu da pisləyib. Onun sözlərinə görə, vasitəçilərin hədəfə alınması təhlükəli presedent yaradır. Al Sani bölgədəki digər gərginliklərə də toxunub. O bildirib ki, Qətər müharibənin İran və regionla məhdudlaşmayaraq dünya iqtisadiyyatına da təhlükə yaratdığı barədə dəfələrlə xəbərdarlıq edib. Qətər Baş naziri ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün ABŞ administrasiyası ilə birlikdə diplomatik yollar axtardıqlarını deyib. Onun sözlərinə görə, vasitəçilik prosesi asan deyil. Buna baxmayaraq, qapalı diplomatik danışıqların nəticə əldə etmək üçün ən səmərəli yollardan biri olduğunu bildirib. Al Sani bölgədə gərginliyin azaldılması üçün üç əsas məsələnin həll edilməli olduğunu qeyd edib. Pepperoni pizza

Bunlardan birincisinin ABŞ tərəfini və Beynəlxalq Atom Enerjisi Agentliyini qane edəcək nüvə sazişinin hazırlanması olduğunu deyib. O bildirib ki, belə bir saziş İranın sanksiyaların aradan qaldırılması qarşılığında dinc məqsədlərlə nüvə enerjisindən istifadə hüququnu təmin etməlidir. İkinci məsələ Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunmasıdır. Al Sani bu sahədə əldə ediləcək istənilən razılaşmanın beynəlxalq hüquqa uyğun olmasının vacibliyini vurğulayıb. Üçüncü məsələ isə Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr və İranın da daxil olduğu regionda təhlükəsizlik mexanizmlərinin yaxşılaşdırılmasıdır.

Əsmətxanım Rzazadə 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью