Qətərdən tarixi nəticə Mundialda ilk xalını qazandı

14.06.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qətər millisi dünya çempionatları tarixində ilk xalını qazanıb.

Apasport.az xəbər verir ki, B qrupunun II turunda İsveçrə ilə qarşılaşan Asiya təmsilçisi meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Bu nəticə Qətərin mundiallar tarixində ilk xalı kimi qeydə alınıb.

Qətər daha əvvəl yalnız DÇ-2022-də çıxış etmiş və qrup mərhələsində keçirdiyi bütün oyunlarda məğlub olmuşdu.

Həmin turnirdə ev sahibi Ekvadora 0:2, Seneqala 1:3, Niderlanda isə 0:2 hesabı ilə uduzmuşdu.

Beləliklə, Qətər dünya çempionatlarında keçirdiyi 4-cü matçda ilk dəfə məğlubiyyətdən qaçmağı bacarıb.

Qeyd edək ki, B qrupunda ilk turdan sonra İsveçrə, Kanada, Bosniya və Herseqovina, eləcə də Qətərin aktivində 1 xal var.

Premyer Liqa klubunda yeni müqavilə - Kristi ilə 2029-a qədər MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm" Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna" Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью