Qətərin baş naziri Qəzzada atəşkəsin ikinci mərhələsinə dair danışıqlara çağırıb

02.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrail və Fələstinin HAMAS hərəkatını Qəzza zolağında atəşkəs razılaşmasının icrasının ikinci mərhələsinin təfərrüatlarını müzakirə etmək üçün danışıqlara başlamağa çağırıb.

APA xəbər verir ki, Baş nazir bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz sazişdə nəzərdə tutulduğu kimi, ikinci mərhələ üzrə danışıqların dərhal başlanmasını tələb edirik” – o deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью