Qətərin baş naziri Trampla sentyabrın 12 də görüşəcək “Politico”

12.09.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani sentyabrın 12-də ABŞ prezidenti Donald Tramp və digər ABŞ rəsmiləri ilə görüşməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb.

Məlumata görə, Qətərin baş naziri Nyu-York və Vaşinqtona səfər edəcək. Onun Tramp, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və sülhməramlı missiyalar üzrə xüsusi elçi Stiven Vitkoffla görüşü gözlənilir.

Onların İsrailin Dohaya endirdiyi zərbəni, həmçinin Qəzza zolağında hərbi əməliyyatlara son qoymaq üçün danışıqları müzakirə edəcəyi gözlənilir.

Sentyabrın 9-da İsrail Dohada olan Fələstin radikal HƏMAS hərəkatının rəhbərliyinin üzvlərini vurub.

Əmirliyin Daxili İşlər Nazirliyinin məlumatına görə, zərbə nəticəsində bir təhlükəsizlik əməkdaşı həlak olub, bir neçə nəfər isə yaralanıb. HƏMAS danışıqlarda iştirak edən nümayəndə heyətinin üzvlərinin həlak olması ilə bağlı mətbuatda daha əvvəl yayılan xəbərləri təkzib edərək, hücumda Qəzza zolağındakı hərəkatın liderlərindən birinin oğlu Xəlil əl-Heyinin oğlu, həmçinin Qətər təhlükəsizlik qüvvələrinin üzvü də daxil olmaqla altı nəfərin öldüyünü etiraf edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью