Qətərin Dəməşqdəki səfirliyi sabahdan fəaliyyətə başlayacaq

16.12.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Qətər sabah Dəməşqdəki səfirliyini yenidən açacağını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, 2011-ci ildə diplomatik əlaqələrin tamamilə kəsilməsinin ardından Dəməşqdəki səfirliyin təxminən 13 ildən sonra çərşənbə axşamı fəaliyyətini bərpa edəcəyi bildirilib.

Bəyanatda Xəlifə Abdulla Əl Mahmudun müvəqqəti işlər vəkili təyin edildiyi bildirilib.

Açıqlamada bu addımın Qətərin “ Suriya xalqının azadlıq, ləyaqətli həyat və sosial ədalət tələblərini dəstəkləyən prinsipial mövqeyinin” göstəricisi olduğu və Dohanın “köhnə rejimin Suriya xalqına qarşı zülm siyasətini qəti şəkildə rədd etdiyi” vurğulanıb.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью