Icma.az, Azertag saytına istinadən bildirir.
Qahirə, 8 oktyabr, AZƏRTAC
Qətərin şimalında, Şəmal şəhərindən 51 dəniz mili uzaqlıqda neft tankeri bir neçə mərmi ilə vurulub, xəsarət alanların olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb.
Bildirildiyinə görə, hadisə ilə bağlı araşdırma aparılır.
Gəminin hansı ölkəyə məxsus olması haqqında məlumat verilməyib.
Vurğulanıb ki, hadisə Hörmüz boğazından 500 kilometr (300 mil) uzaq məsafədə qeydə alınıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə