Qətərin tankeri məruz qaldı

01.11.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Qətərin "Nakilat" şirkətinin mayeləşdirilmiş təbii qaz daşıyan "Əl-Mayeda" tankeri Fars körfəzində hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qaz nəqli şirkətinin bəyanatında deyilir.

Məlumata görə, hadisə nəticəsində göyərtədəki heyət üzvlərindən heç biri xəsarət almayıb, ətraf mühitə ziyan dəyməyib.

Gəmi təhlükəsiz, işlək vəziyyətdədir, hücmun nəticələri qiymətləndirilir.

Qeyd olunur ki, "Nakilat" vəziyyəti yaxından izləməyə davam edir, təhlükəsizliyi təmin etmək üçün gəmi, ekipajı və bölgədəki müvafiq dəniz təhlükəsizliyi orqanları ilə birbaşa əlaqə saxlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью