Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.
"Cebheinfo.az" Oxu.az-a istinadla xəbər verir ki, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.
A.Əlizadənin iki oğlu var: Əhməd və Orxan. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.
Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə "Yeraz Əhməd" kimi tanınır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin