Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UFC-nin yüngül çəkidə yeni çempionu Castin Qeyci Konor Makqreqorla döyüşməyə hazır olduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, 37 yaşlı ABŞ-li döyüşçü bu barədə “Sportskeeda”ya danışıb.
Qeyci irlandiyalı sabiq çempionla qarşılaşmaq istədiyini gizlətməyib:
“Artıq yüzlərlə dəfə açıq şəkildə dediyim kimi, Konor Makqreqorun üzünə zərbə endirməkdən məmnun olardım. Konorun Maks Holloueylə döyüşünü səbirsizliklə gözləyirəm. Bu qarşılaşmada iştirak edəcəyim və onu izləyəcəyim üçün şadam”.
Qeyd edək ki, Makqreqor növbəti döyüşünü UFC-nin yarıyüngül çəkidə sabiq çempionu və BMF titulunun keçmiş sahibi Maks Holloueyə qarşı keçirəcək.
Onların qarşılaşması UFC 329 turnirinin əsas döyüşü olacaq. Yarış 12 iyulda ABŞ-nin Las-Veqas şəhərində təşkil ediləcək.